Rusiyada qeyri-adi evlilik təklifi baş verib.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, gənc cütlük öz avtomobillərində gedərkən birdən başqa bir avtomobil onların qabağını kəsir. Avtomobildən düşən xüsusi təyinatlılar gənc cütlüyü avtomobildən düşürdərək onlarla kobud davranmağa başlayırlar.

Daha sonra avtomobildə axtarış aparan əməliyyatçılar oradan "narkotik maddənin içində gizlədilmiş üzük tapırlar.