Gürcüstanın paytaxtı Tbilisidə "Uşaq dünyası ticarət mərkəzi və "Qızıl birja qızıl məmulatları pavilyonunda yanğın baş verib.
Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisələr zamanı xəsarət alan olmayıb.
Gecə saatlarından başlayan yanğını 26 yanğınsöndürmə briqadası səhər söndürə bilib.
Yanğın hər iki binada çalışan sahibkarlara məxsus hər şeyi məhv edib. Hadisə yerinə Tbilisi meri və yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Sahibkarlara kompensasiya ödənilməsi barədə hələ ki, məlumat yoxdur.
Faktla bağlı cinayət işi açılıb.