Ankara metrosunda qeyri-adi hadisə baş verib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, qara geyimli bir qadının ananasa zəncir bağlayaraq gəzdirməsi sərnişinləri təəccübləndirib.
Onun bu hərəkəti sosial şəbəkələrin gündəmi olub. Daha sonra isə bunun "performans sənəti" nümunəsi olduğu üzə çıxıb. Elif Usta adlı qadın İnstaqramda verdiyi açıqlamada ətrafdakı insanların bilmədən onun performansının bir parçası olduqlarını deyib. O, məsələnin çətin tərəfinin zəncirli ananasla gəzərkən ciddi qalmaq olduğunu bildirib.
Qeyd edək ki, müğənni İrem Derici də "Instagram"da paylaşılan fotoya münasibət bildirərək,"İdealımı tapdım" şərhini yazıb.