Gürcüstan Müdafiə Nazirliyində kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində 2 250 nəfər işdən azad edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, belə bir tədbirin keçiriləcəyi ilə bağlı müdafiə naziri Levan İzoriya ötən ilin noyabrında bildirib. Nazirlikdə islahatlar ötən il dekabrın 19-dan başlayıb.
Yenidən təşkilatlanma çərçivəsində 400 ştatdankənar, 1 350 ştatlı əməkdaş işdən azad edilib. Bundan başqa, 217 zabit, 123 çavuş vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 217 zabitin 209-u öz istəyi ilə işdən çıxarılıb.
Qeyd edək ki, ümumilikdə nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib.