Belarus Respublikası ölkə başçısının bu ilin yanvarın 12-də imzaladığı 1 nömrəli dekretə əsasən, dövlət xərclərinin maliyyələşdirilməsində iştirak etməyən vətəndaşlardan yığımların (başqa sözlə, tüfeylilik vergisinin) ödənilməsinin vahid müddəti müəyyənləşdirilib.

Unikal.org "vergiler.az saytına istinadla bildirir ki, sənədə görə, dövlət xərclərinin maliyyələşdirilməsi üçün yığımın vahid müddəti 2015-ci ildən 2017-ci ilin fevralın 20-dək 183 gündən az işləyənlər üçün müəyyənləşdirilib.

Belarus Respublikasının Vergilər və Yığımlar Nazirliyinin mütəxəssislərinin açıqlamasına görə, vergi orqanlarından alınmış bildirişdə hansı tarixin göstərilməsindən asılı olmayaraq, Prezidentin imzaladığı dekretdəki vahid tarix tüfeylilik vergisi ödəməli olan hər kəsə aiddir.

Nazirliyin məlumatına görə, indiyədək ölkədə 24 min insan tüfeylilik vergisi ödəyib ki, bu da büdcəyə təxminən 7 milyon rubl (658 manat) əlavə vəsaitin daxil olması deməkdir.