ABŞ prezidenti Donald Trampın qızı, biznes-ledi İvanka Tramp bu dəfə bahalı geyimi ilə gündəmə gəlib.
Unikal.org "Spletnik.ruya istinadən xəbər verir ki, İvanka həyat yoldaşı Cared Kuşnerlə qatıldığı tədbirlərdən birində çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşıb. Lakin bu kadr sosial şəbəkə istifadəçilərində neqativ reaksiya yaradıb.
Onlar miqrantların həyat və təhlükəsizliyinin bu günlərdə dünyada müzakirə olunduğu zamanda İvankanın çox qiymətli libas və daş-qaşlarla gündəmə gəlməyini tənqid ediblər.
Qərb KİV-i İvankanın bu libasının 5 min dollar dəyərində olduğunu yazıb.
Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.