Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyinat alıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev 38 yaşlı azərbaycanlı Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

Qeyd edək ki, Azər Talıbov bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub.