ABŞ prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
Buna səbəb Salli Yeytsin verdiyi son bəyanat olub. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts bildirib ki, Ədliyyə nazirliyi prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcək.
Ağ evin məlumatına əsasən, Ədliyyə nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək.
Qeyd edək ki, Donald Tramp ABŞ Baş prokuroru vəzifəsinə Ceff Seşnsın namizədliyini irəli sürüb.