Quba rayonunda 56 yaşlı kişi intihar edib.

Unikal.org report-a istinadən məlumatına görə, Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev  yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.