Bakıdakı "McDonald`s" restoranlarından birində ölüm hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.Xoyski prospektində yerləşən restoranında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəhim Məmmədov "McDonald`s"ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.