Malayziyanın Batu Uban şəhərindəki "Sunny Point" yaşayış kompleksində gözləniməz hadisə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kiçik qızının əlindən tutaraq liftə yaxınlaşan ana 5-ci mərtəbədəki mənzilə qalxmağa hazırlaşırdı. Ana və qızı liftin qarşısında duranda qadının mobil telefonuna zəng gəlib. Ana teefonla danışanda liftin qapıları açılıb və 3 yaşlı qız liftə minmək istəyib.

İşıq sensor qurğuları olmayan liftin qızını şikəst edəcəyini, hətta öldürəcəyini anlayan ana çarəsiz qalaraq təpiklə qızını vurub, kənara atmğı bacarır.

Binanın mühafizəçisi diqqətə çatdırıb ki, əgər qadın qızını zərbə ilə kənarlaşdırmasaydı, böyük faciə baş verə bilərdi.