İdman xəbərlərinin aparıcısı Neşe Sapmaz iş təklif etmək bəhanəsi ilə ondan telefon nömrəsini alan şəxsi prokurorluğa şikayət edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Neşe bildirib ki, məkanlardan birində dostu ilə yemək yeyərkən çoxdan tanıdığı televiziya işçiləri olan dostlarını görüb. Həmin görüşdə olan Ümit A. adlı şəxs isə aparıcıya telekanallardan birində iş təklif edib. Yeni bir proqram hazırladığını deyən Ümit görüşdən bir neçə gün sonra gecə saatlarında Neşeyə "Bu gecə səni yeməyə çağırıb yemək istəyirəm. Uyğunsanmı?" mesajı yazıb.
Mesaja cavab vermədikdən sonra o, aparıcını sosial mediada cinsi istismaredici mesajlarla narahat edib.
Sapmaz dərhal onu məhkəməyə vermək istəsə də, həmin şəxsin qorxulu olduğunu eşitdiyini bildirib. Lakin sonradan mesajların davam etməyi onu bu addımı atmağa məcbur edib:
"Hər yerdə blok etsəm də, yenə də necəsə mənimlə əlaqə qura bilir. Psixologiyam pozuldu."
Tanınmış aparıcının şikayətindən sonra İstanbul Qadına Qarşı Zorakılığın Qarşısının alınması Bürosu araşdırmaya başlayıb. Məhkəmə Ümit A.-nin Sapmazın evinə, iş yerinə yaxınlaşmaması, heç bir yolla əlaqə saxlamamağına qərar verib.