İran Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandıracaq.

Unikal.org-un məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

İranlı nazir bu qaydalardan istisnanın mümkün ola biləcəyini deyib. O qeyd edib ki, bu halda İran XİN müvafiq müzakirədən sonra qərar qəbul edəcək.

Qeyd edək ki, bir qədər əvvəl İranda Donald Trampın fərmanına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması barədə məlumat verilmişdi.