Haker hücumuna məruz qalan Çexiya Xarici İşlər Nazirliyinin serverlərindən məxfi məlumatlar oğurlanıb. 

Unikal.org-un 
TASS-a istinadən verdiyi xəbərə görə, hücuma həmçinin xarici işlər naziri və müavinlərinin elektron poçtları məruz qalıb.
  
Məxfi məlumatlar daxil olmaqla, ümumilikdə 1000-dək məlumat oğurlanıb. Bu, Çexiya və onun müttəfiqləri barədə məlumatlardır.