rabitebank
11 :52
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • KRİMİNAL
  • DÜNYA
  • MEDİA
  • CƏMİYYƏT
  • İDMAN
  • ŞOU
  • HADİSƏ
  • QƏZET

Arvadını deşik-deşik edən şəxs: Şərikimi otağında gördüm... məni bəyənmirdi - DOSYE

Arvadını deşik-deşik edən şəxs:  Şərikimi otağında gördüm... məni bəyənmirdi - DOSYE
19:26 31-01-2017
HADİSƏ

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org lent.az-a istinadən məlumatına görə, məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev sədrlik edib.

Təqsirləndirilən şəxs Eldar Abbasov istintaqa ifadəsində özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, həyat yoldaşı ilə 1997-ci ildə ailə qurub: "Birgə nikahdan 17 yaşlı oğlum və 23 yaşlı qızım var. Qızım evlidir. Oğlum isə onunla birlikdə yaşayıb. Özüm fərdi əməklə məşğulam, son vaxtlar heç yerdə iş tapa bilmədiyimdən ailənin maddi durumu ağırlaşmışdı. Ailənin maddi ehtiyaclarını ödəyə bilmirdim, hətta bir müddət əvvəl evin döşəməsinin altından qrunt suları çıxdığına görə döşəməni sökdüm, lakin maddi imkansızlığa görə təmir edə bilmədim.

Təqsirləndirilən şəxs istintaqa ifadəsində bildirib ki, yaranmış maddi çətinlikdə arvadı Nigar (ad şərtidir) onu günahlandırır, işləmədiyinə və lazımi pulu qazana bilmədiyinə görə onu qınayırmış: "Arvadım son zamanlar məni tənqid etdiyinə görə aramızda mütəmadi olaraq mübahisələr yaranırdı, həmin mübahisələr zamanı aradabir arvadımı döymüşəm.

Təqsirləndirilən şəxs hadisə günü baş verənləri də danışıb: "40 manat borcumu almaq üçün Əhmədli qəsəbəsində yaşayan bacımın evinə getdim. Lakin bacımın da imkanı da olmadı, cəmi 10 manat pul qaytardı. Bacımın əri Sabirlə nahar edib araq içdik, həmin günü saat təxminən 23:00 radələrində evinə qayıtdım. Mətbəxdə yerləşən divanın üzərində uzandım. Arvadım yanında oturmuşdu, oğlum isə həmin vaxtı evdə yoxuydu. Nigar ilə bir qədər söhbət etdim, lakin sərxoş olduğumdan, onunla nə barədə söhbət etdiyimizi dəqiq xatırlamıram. Söhbət zamanı aramızda mübahisə baş verdi. Mübahisə zamanı özümdən çıxdım. Mətbəxdən götürdüyüm bıçaqla bir neçə dəfə arvadıma oturduğu yerdə xəsarət yetirdim. Yadımda o qalıb ki, Nigarın qoluna və qarnına müxtəlif xəsarətlər yetirdim, zərbələr nəticəsində o, yerə uzandı. Onu səsinə oğlum Əli (ad şərtidir) evə gəldi. Əlini görəndə bir az özümə gəldim, dayandım, baxdım ki, Nigar qanın içində yerdə uzanıb. Əliyə dedim ki, tibbi yardıma zəng elə, həkim çağır. Təxminən 10-15 dəqiqədən sonra gələn təcili yardım maşını Nigarı xəstəxanaya apardı. Durub bacımgilə getdim. Təxminən 1 saatdan sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları gəlib məni idarəyə apardılar.

Eldar Abbasov ifadəsində həmçinin deyib ki, arvadına bıçaqla zərbələr endirən vaxt içkili və əsəbi olduğundan, bunu hansı məqsədlə etdiyini xatırlamır. İş materiallarına görə, o, arvadına əksəriyyəti qoluna olmaqla təxminən 5 dəfə bıçaqla xəsarət yetirib. E.Abbasov törətdiyi əməldən peşman olduğunu bildirib.

Təqsirləndirilən şəxs daha sonra istintaqa verdiyi ifadələrə əlavə olaraq bildirib ki, hadisə baş verməmişdən 1 ay əvvəl Dağıstan Respublikasından oğlunun doğum günündə yaşadığı evə qayıdanda evdə keçmiş işçisi Nazimi (şərtidir) görüb. Sonradan evdə yaşadığı müddət ərzində arvadından dəfələrlə Nazimin onların evində nə səbəbdən qaldığını soruşub, lain cavab almayıb: "Nazimin arvadımın yatdığı mətbəxə keçib siqaret yandırıb çıxdığını, mətbəxdə onunla söhbət edən zaman nalayiq ifadələr işlədərək danışdığını gördüm. Bu barədə Nigara iradımı bildirdim, oğlumun yanında belə tərzdə danışmamasını istədim. Nigar isə mənə "özüm bilərəm deyə cavab verdi. Hadisə baş verməzdən 1 gün əvvəl Nazim Cəlilabad rayonuna getdi. Hadisə günü də bacımgildən evə qayıdanda sərxoş olduğum üçün bütün bu söz-söhbətləri beynimdə fırladaraq özümə yer tapa bilmirdim. Mətbəxdə Nigarın yanında əyləşəndə, Nigar məndən aralanıb oturacaqda oturdu. Bacımgilə getməmişdən əvvəl telefonum oğlum Əlidəydi. Gedib onu götürdüm. Yolda oğlumun "Whats App yazışmalarına baxdım. Gördüm ki, Nazimdən oğlumun telefonuna "Əli, anan haradadır? məzmunlu mesaj gəlib. Əsəbiləşdim. Mətbəxdə olduğum zaman isə bütün bunları xatırlayıb əsəbiləşərək, masanın üstündə olan bıçağı götürüb Nigarın oturduğu yerə yaxınlaşdım və sol qoluna, qarnına xəsarətlər yetirdim.

Eldar Abbasov bildirib ki, hadisə baş verən gün yüngül dərəcəli sərxoş olmasına baxmayaraq, içki ona pis təsir etdiyindən, o, həmin vaxt nə etdiyini xatırlaya bilmir: "Nigarla mütəmadi olaraq mübahisələrimiz olurdu, hətta bununla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün Nigar onu bəyənmədiyini deyib: "Uzun müddətdir ki, mənimlə cinsi münasibətdə olmaqdan imtina edirdi. Hadisə günü mətbəxdə olarkən Nigara yataq otağına keçməyi təklif etdim, lakin o bundan imtina edərək mətbəxdə yatacağını bildirdi. Mən də onun bu sözlərinə əsəbiləşdim.

Zərərçəkmiş şəxs qismində istintaqda dindirilən Nigar bildirib ki, ailə qurandan indiyədək fərdi əməklə məşğul olub, hər zaman kasıbçılıqla yaşayıb: "Eldarın yaxşı pul qazanan vaxtları da olub, lakin o qazandığı pulu ailəsinə xərcləmirdi. Belə ki, Eldar parnik işi ilə məşğul olan ərəfələrdə yaxşı pul qazanırdı, lakin qazandığı pulları məşuqəsinə xərcləyirdi. Son vaxtlar maddi cəhətdən vəziyyətimiz daha da ağırlaşdı. Yaranmış çətinlikdə hər dəfə Eldarı günahlandırırdım. 2016-cı ilin martın 12-də Eldar Dağıstan Respublikasından 2000 manat pulla qayıtdı, 2-3 gün evdə qaldı, həmin ərəfələrdə vaxtı ilə Eldarın işçisi olmuş məşuqəsi mənim telefonuma mütəmadi zəng edirdi. Eldar evə cəmi 200 manat və 5000 rus rublu verərək məşuqəsinin yanına getdi. 10-15 gün məşuqəsi ilə qaldı və oğlunun ad günü evə gələrək Əliyə 50 manat pul verdi. 2 gün evdə qaldıqdan sonra yenidən məşuqəsinin yanına qayıtdı. Pulu xərcləyib qurtarandan sonra evə qayıtdı. Bu ərəfədə baldızım Eldara zəng edərək məşuqəsinin evdən çıxdığını və ona aid paltarını da götürdüyünü bildirdi. Eldar qorxusundan onlara getmədi, baldızım isə onu telefonda biabır etdi, paltarlarını belə götürə bilmədiyinə görə onu qorxaqlıqda ittiham etdi. Eldar bacısı evinə getmək üçün evdən çıxdı, hətta üstündə pulu olmadığına görə məndən 2 manat pul aldı. Həmin günün gecəsi təxminən saat 12-də Eldara zəng etdim ki, nə vaxt gələcək? Danışığından bildim ki, içkilidir. Gecə seriala baxırdım, Eldar gəldi. Mətbəxə keçərək divanda oturdu, mənə dedi get yat. Dedim, seriala baxıram, o bitsin, yatacam. Eldar məni yatmağa məcbur edəndə, buna etiraz etdim. Başladı, məni nalayiq ifadələrlə təhqir etməyə. Dedim, məni bezdirmə, yoxsa səndən boşanacam. Bu zaman Eldar ayağa qalxıb mənə 1-2 şillə vurdu. Sonra Eldar ayaqyoluna gedib, mətbəxə qayıtdı. Oturacaqda oturub televizora baxırdım. Birdən Eldar qəflətən mənim üstümə hücum etdi və əlində olan mətbəx bıçağı ilə sol qolumdan dəfələrdə vurdu. Şoka düşdüyümdən və həmin vaxtı Eldarın hərəkətlərini anlamadığımdan, qışqıraraq oğlum Əlini köməyə çağırdım. Mətbəxin küncündə olduğundan Eldarın əlindən çıxa bilmədim, yerimdən durub qaçmaq istəyəndə bıçaqla qarnıma zərbələr endirməyə başladı. Bu zaman Əli mətbəxə daxil oldu. Əli əlindən bıçağı almağa çalışırdı. Eldar onu itələyərək yerə yıxıb, bıçağı isə sağ əlindən sol əlinə keçirərək xəsarətlər yetirməyə davam elədi. Sonra mənim yerə yıxıldığımı görüb əlindəki bıçağı mətbəxdə olan şkafın üstünə ataraq, "bu dəfə mən 100 faizlik getdim, heç nə mənə kömək etməyəcək dedi. Eldar qan gələn yerləri su ilə təmizlədi. Əli isə təcili tibbi yardıma zəng etdi. Təxminən 20 dəqiqədən sonra gələn təcili tibbi yardım maşını məni xəstəxanaya apardı, orada məni əməliyyat etdilər. Eldar isə həkimlər gələnədək evdən çıxıb getmişdi.

Nigar onu da qeyd edib ki, əri əvvəllər də ona bıçaqla hücum edib: "2013-cü ildə bıçaqla ayağımdan xəsarət yetirmişdi, lakin sonradan şikayətimi geri götürdüyümə görə Abşeron rayon Polis İdarəsində aparılan araşdırma dayandırılıb.

İstintaqda şahid qismində dindirilən Əli deyib ki, atası hər zaman anasına qarşı kobud olub, ailəyə daim hörmətsizlik edib, ailəcanlı insan olmayıb: "Atam olmasına baxmayaraq, onu həmişə mənfi cəhətdən tanımışam. Valideynlərim arasında tez-tez mübahisələr baş verirdi, çox vaxt atam anamı döyürdü. Atam spirtli içki aludəçisi olub, evdə olan söz-söhbətlərin əksəriyyəti də məhz atam spirtli içki qəbul edəndən sonra başlayardı. 2013-cü ildə bu söz-söhbətlər nəticəsində atam anamı ayağından bıçaqlamışdı. Anam atamın ona qarşı etdiyi haqsızlıqlara hər dəfə dözürdü, hətta atamın məşuqəsinin olduğunu bilə-bilə ondan boşanmırdı, atam isə ailə başçısına layiq olmayan hərəkətlərini davam etdirərək, özünü haqlı çıxarardı. Hətta bir dəfə bibimgilə qonaq getdiyim vaxt atamın məşuqəsi Aytəni orada gördüm. Atam isə özünü heç bir şey olmadığı kimi aparırdı, onun Aytəndən Alim adlı oğlu da var.

Şahid qeyd edir ki, hadisə olan günü yatdığı zaman anasının səsini eşidərək oyanıb: "Anam ucadan adımı çağıraraq məni köməyə çağırdı. Qaça-qaça mətbəxə getdim. Gördüm ki, atamın əlində bıçaq var. Anam isə yerdə idi. Anamı bıçaqlamışdı. Atamın əlindən bıçağı almaq istəsəm də, məni arxaya itələyərək bıçağı sol əlinə alıb anamın qarnına zərbələr vurmağa davam etdi. Sonra bıçağı mebelin üstünə qoydu. Anam qışqıraraq təcili yardıma zəng etməyimi istəyirdi, atam isə həkimləri yığmağa icazə vermirdi. Atam "mən bu dəfə 100 faiz getdim, başqa çıxış yolum yoxdur dedi. Həkimlər təxminən 15 dəqiqəyə gələrək anamı xəstəxanaya apardı, mən də onunla birlikdə getdim.

Əli əlavə olaraq bildirib ki, atasının telefonu olmadığına görə hadisədən təxminən 10 gün əvvəl onun telefonunu götürərək öz nömrəsini taxıb: "Telefona mesaj gəlməsi ilə bağlı heç bir məlumatım olmayıb. Atamın dediyi kimi, telefonuma Nazimdən "Əli, anan haradadı? mesajı gəlibsə də, mən görməmişəm.

Şahid qismində dindirilmiş Nazim ifadəsində deyib ki, təxminən 15 il əvvəl Eldara parnik işi təklif edib və onlar bir müddət birlikdə işləyib: "Sonradan özümə başqa iş tapdım. Eldar isə parnik işini yaxşı bacarmadığına görə həmin işi davam etdirmədi. Sonralar yenə Eldarla işlədim. Hətta hadisədən bir müddət əvvəl Binəqədidə yerləşən tikilidə ustalıq etdik. Münasibətlərimiz yaxşıydı, evlərinə gedib gəlirdim. Eldargilə qonaq getdiyim ərəfələrdə dəfələrlə Nigarın və Eldarın birlikdə araq süfrəsində yeyib-içdiyinin şahidi olmuşam. Eldar insan kimi ailəsinin qədrini bilməyən, ailəsinə çörək aparmayan, hər dəfə arvadına başqa qadınlarla xəyanət edən, onlarla ailə qurub yaşayan adam olub. Nigar isə namuslu qadın olub, sadəcə Eldar onun qədrini bilməyib, onunla nikahı ola-ola, 2 il ondan ayrı yaşayıb, ailəsinə pul verməyib. Aradabir oğlu Əli atası ilə yazışaraq ondan pul istəyirdi. Hadisə baş verməmişdən bir ay əvvəl Eldar Dağıstandan qayıdıb bacısıgildə qalıb, sonradan onların münasibətləri pozuldu.

Şahid qeyd edib ki, hadisə olan gün Əli zəng edərək atasının anasını bıçaqladığını bildirib: "Cəlilabaddaydım. Durub Bakıya gəldim. Xəstəxanaya getdim. Nigarın vəziyyəti ilə maraqlandım.

E. Ağayev əlavə bildirib göstərib ki, Eldarın Nigarı bıçaqlamasının dəqiq səbəbini bilmir. Onun fikrincə, Nigar Eldara bir kişi kimi hörmət etməyib: "Hörmət etməmək üçün isə kifayət qədər əsasları vardı. Eldar pulu olan vaxtı digər qadınlara xərcləyirdi. Pulu olmadığı vaxtlarda isə Nigarın yanında qalırdı. Nigar da onun bu hərəkətlərini qəbul etmirdi. Mənimlə Nigar arasında sevgi münasibətlərinin olması barədə Eldarın dedikləri yalandır. Nigar ilə heç vaxt intim münasibətdə olmamışam. Eldarla yaxşı münasibətdə olduğum üçün onların evinə gedib-gəlmişəm. Bunlar hamısı Eldarın uydurmalarıdır.

Məhkəmədə keçirilən dindirmələrdən sonra proses başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə işə baxan kollegiyanın hökmünə görə Eldar Abbasov 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.





Digər Xəbərlər

2025-09-15 20:51:59
Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? -Ekoloqdan açıqlama
Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? - Ekoloqdan açıqlama
2025-09-15 18:27:28
Gəncədə avtobus maşınla toqquşdu- Sərnişinlər yaralandı
Gəncədə avtobus maşınla toqquşdu - Sərnişinlər yaralandı
2025-09-15 18:22:47
Samuxda "VAZ" mağazaya çırpıldı, yaralılar var- YENİLƏNİB
Samuxda "VAZ" mağazaya çırpıldı, yaralılar var - YENİLƏNİB
2025-09-15 18:06:44
Naxçıvanda qəza oldu, xəsarət alan var
Naxçıvanda qəza oldu, xəsarət alan var
2025-09-15 16:14:36
Gəncədə iki avtomobil toqquşdu- Xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alanlar var
2025-09-15 09:38:50
Mingəçevirdə qəza- Xəsarət alan var
Mingəçevirdə qəza - Xəsarət alan var
2025-09-15 08:53:38
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub
2025-09-14 23:35:51
Naxçıvanda avtomobil aşdı- Yaralılar var (VİDEO)
Naxçıvanda avtomobil aşdı - Yaralılar var (VİDEO)
2025-09-14 23:05:10
Göygöldə maşınlar toqquşdu- Xəsarət alanlar var
Göygöldə maşınlar toqquşdu - Xəsarət alanlar var
2025-09-14 21:34:08
Sumqayıtda xəstəxananın həyətində ölü döl aşkarlandı- YENİLƏNİB
Sumqayıtda xəstəxananın həyətində ölü döl aşkarlandı - YENİLƏNİB
2025-09-14 18:53:34
Zaqatalada “Mercedes” aşdı- Xəsarət alanlar var
Zaqatalada “Mercedes” aşdı - Xəsarət alanlar var
2025-09-14 16:40:00
Abşeronda ustanı elektrik cərəyanı vuraraqöldürdü
Abşeronda ustanı elektrik cərəyanı vuraraq öldürdü
2025-09-14 14:23:04
Balakəndə sel körpünüdağıtdı - FOTO
Balakəndə sel körpünü dağıtdı - FOTO
2025-09-14 10:04:36
Gəncədə iki avtomobil toqquşub,xəsarət alanlar var -FOTO
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var -FOTO
2025-09-14 09:04:00
Stomatoloq və sərnişini qəzada öldü -YENİLƏNİB (FOTO)
Stomatoloq və sərnişini qəzada öldü - YENİLƏNİB (FOTO)
2025-09-14 01:15:16
DSX zabiti faciəli şəkildəöldü
DSX zabiti faciəli şəkildə öldü
2025-09-13 22:09:07
Ağdamda maşın ekskavatorla toqquşdu- Xəsarət alanlar var
Ağdamda maşın ekskavatorla toqquşdu - Xəsarət alanlar var
2025-09-13 18:47:36
Xırdalanda yaşayış binasında yanğın- VİDEO
Xırdalanda yaşayış binasında yanğın - VİDEO
2025-09-13 12:00:01
Qızılağac Milli Parkındakı yanğın söndürüldü- VİDEO (YENİLƏNİB)
Qızılağac Milli Parkındakı yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
2025-09-13 11:10:25
Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi- FOTO
Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO
XƏBƏR LENTİ
11:47
Zelenski görüş üçün ABŞ-yə gedir
11:47
11:40
"Expressbank"dan neft işçilərinə komissiyasız kredit təklifi
11:40
11:36
Zidan Fransa millisinə baş məşqçi təyin olunacaq
11:36
11:35
Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək
11:35
11:33
18,8 kq narkotik aşkarlandı
11:33
11:28
"Unibank" neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir 
11:28
11:26
"XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək" - Məleykə Abbaszadə
11:26
11:23
Bu rayonda işıq olmayacaq
11:23
11:20
Zəngəzur dəhlizinin tikintisi 95% icra olunub - VİDEO
11:20
11:16
9 restoranın fəaliyyəti məhdudlaşdırılıb
11:16
11:14
Bakıda və rayonlara yağış yağır - FAKTİKİ HAVA
11:14
11:14
ADAU tələbələri “Azərsun Holdinq”də olublar - FOTOLAR
11:14
11:11
Məhkəmədə Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbsi tələb edildi
11:11
11:04
“Temu” nümayəndələri ilə müzakirələr aparıldı - Tapşırıqlar verildi
11:04
11:00
“Decapo” klubunun fəaliyyəti dayandırıldı - VİDEO
11:00
10:59
"Qarabağ"dan sürpriz gözləyirəm" - Tyerri Anri
10:59
10:58
"Cevahir" intihara cəhd edib?
10:58
10:44
YAP Nəsimi rayon təşkilatında Bilik Günü tədbiri - FOTOLAR
10:44
10:44
Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyuldu
10:44
10:40
Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin olunub
10:40
10:33
İsrailin hücumu nəticəsində Qəzzada 62 nəfər həlak olub - YENİLƏNİB
10:33
10:22
Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?
10:22
10:22
Ermənistan və İranla sərhədi minalardan təmizlədilər
10:22
10:14
Bakının bu küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir - VİDEO
10:14
10:12
Çempionlar Liqasında əsas mərhələ başlayır - Bu gün 6 matç var
10:12
10:09
Türkiyədə FETÖ əməliyyatı - Saxlanılanlar var
10:09
10:05
Vəkillərə xidməti vəsiqə veriləcək
10:05
10:05
"Formula-1" üçün ayrılan yollar bu günlərdə açılacaq - Rəsmi
10:05
10:03
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:03
10:01
Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı
10:01
09:56
Orta aylıq əməkhaqqı 1400 manatı ötəcək - 2029-cu ildə
09:56
09:49
Narkokuryer həbs olundu - VİDEO
09:49
09:47
Tramp bu media qurumuna 15 milyard dollarlıq böhtan iddiası qaldırıb
09:47
09:45
"Brent” nefti bahalaşdı
09:45
09:41
Qəçrəşdə havanı çirkləndirən restoranlar cərimələndi
09:41
09:33
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:33
09:29
Azərbaycan nefti ucuzlaşdı
09:29
09:26
"Qəzza alovlar içindədir" - Katz
09:26
09:20
"Stop" nişanı nəyi tələb edir? - Sürücülərin nəzərinə! (VİDEO)
09:20
09:17
Bəzi ərazilərdə qaz olmayacaq
09:17
09:16
Azərbaycanda avronun məzənnəsi 2 manatı ötdü
09:16
09:15
Kürdəmirdə "Hyundai" aşdı - Ölən və xəsarət alan var
09:15
09:11
Erməni iş adamı deputatın ölümündə şübhəli bilinir
09:11
09:06
ABŞ İranın nüvə inkişafını qəbuledilməz hesab edir
09:06
09:02
"Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxacaq - Rəqib "Benfika"dır
09:02
08:53
Bu yollarda tıxac var - SİYAHI
08:53
01:00
Tramp Venesuela qayığının partladıldığı anı paylaşdı - VİDEO
01:00
00:53
"Sahtekarlar"da o da rol alacaq - FOTO
00:53
00:40
Meloni Koşta ilə Ukraynanı müzakirə etdi
00:40
00:39
Nazirin evində axtarış aparıldı, köməkçisinin narkotik laboratoriyası üzə çıxdı
00:39
00:23
Süni intellekt yalnız bu peşənin qarşısında aciz qalır
00:23
00:11
Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər
00:11
23:59
Qızılın qiyməti tarixi maksimumu yenilədi
23:59
23:50
Özbəkistan Rusiyaya nota verdi
23:50
Rabita Bank
Daha çox yüklə
  • Əlaqə
  • Haqqımızda
  • Peşə etikası

©

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.