ABŞprezidenti Donald Trampın yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərman ölkədə etiraz dalğasına səbəb olub.
Unikal.org qafqazinfo-ya istinadən verdiyi məlumata görə,ABŞ-ın 45-ci prezidentinin son qurbanı isə İran əsilli Amerika vətəndaşı, 5 yaşlı oğlan uşağı olub.Ailəsiylə birlikdəABŞ-a girişinə icazə verilməyən uşaq paytaxt Vaşinqotnda Dulles hava limanında 5 saat əlləri qandallı şəkildə tutulub. O, sərbəst buraxıldıqdan sonra gözüyaşlı anası tərəfindən sakitləşdirilib.
Ağ Evin sözçüsü Şon Spayser hadisəni şərh edərək uşağın ölkəyə təhklükə yarada biləcəyi üçün qandallandığını bildirib: "Yaş və cinsiyyətinə görə birinin təhlükə yaratmayacağını düşünmək yanlış fikirdir. Birinin sərhədlərimizi aşaraq bizə zərər verə biləcəyi zamanı bilmirik.
Prezident ən qısa zamanda ölkəni qorumağı və təhlükəsiz vəziyyətə gətirməyi qarşısına mıəqsəd qoyub.