Ottavada yaşayan 18 yaşlı Mari Smit gənc rəfiqələriylə birlikdə nənəni əylənməyə aparıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mari rəfiqələriylə birlikdə əylənmək üçün kazinoya yollanıblar. Adəti üzrə qızlar tualetdə güzgünün qabağında selfi çəkməyə çalışıblar. Həmin vaxt bir yaşlı qadın onlara yaxınlaşaraq, foto çəkməyə kömək etməyi təklif edib.
Söhbət zamanı məlum olub ki, yaşlı qadın öz gəncliyi üçün darıxır və qızlar kimi dostlarıyla əylənmək istəyir. Yaşlı qadının səmimiyyətindən təsirlənən qızlar nənəni onlarla əylənməyə dəvət ediblər. Həyat yoldaşı ilə kazinoya gələn yaşlı qadın qızlarla çox gözəl vaxt keçirib.