Türkiyəli iş adamı İsmayıl Ertenin 29 yaşlı oğlu Süleyman qaçırılıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, iş adamı bununla bağlı Antalya polis idarəsinə məlumat verib.
Onun sözlərinə görə, 2 gündür oğlunun taleyi ilə bağlı heç bir xəbər ala bilmir.
Şikayət üzrə hərəkətə keçən polis Süleymanın şəxsi avtomobilini yanmış halda aşkar edib. Ancaq avtomobildə cəsəd tapılmayıb. İlkin ehtimallara görə, Süleymanı qaçıranlar izi itirmək üçün avtomobilinə od vurublar.
İsmayıl Erten oğlunun hansı səbəbdən və kimlər tərəfindən qaçırıldığını bilmədiyini deyib.