Boks tarixində ilk dəfə bir milyard dollarlıq qarşılaşma baş tuta bilər.

Unikal.org xəbər verir ki, bu barədə məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor məlumat verib. Konor bildirib ki, onun Floyd Meyuezerlə döyüşü 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində keçiriləcək. Ancaq bunun üçün əvvəlcə Konor boksçu lisenziyası almalıdır:

"Hesab edirəm ki, bu, boks tarixində ilk milyardlıq döyüş olacaq. Döyüşün bu ilin sonu və ya gələn ilin əvvəlində keçiriləcəyini düşünürəm. Las-Veqasa gedib boksçu lisenziyası almalıyam. Ondan sonra baxaq, görək Floyd nəyə qadirdi. (komanda.az)