Türkiyənin şərqində zəncirvari qəza baş verib.
Unikal.org publika-ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayətində qeydə alınıb. Qəza zamanı 30-dan çox avtomobil bir-birinə çırpılıb.
Belə ki, Qaziantep yolunda Şanlıurfaya gedən iki ayrı nöqtədən çıxan avtomobillər yüksək sürətlə bir-birinə çırpılıb. Nəticədə avtomobillər kənar yollara yuvarlanıblar. Bununla da, iki ayrı istiqamətdə gələn maşınlar hərəkət istiqamətlərini itiriblər və toqquşublar.
Baş verən qəza zamanı 33 nəfərin yaralandığı bildirilir. Hadisə istiqamətində yollar bağlı olduğu üçün yaralıların çoxunu xəstəxanalara aparmaq çətinləşib.
Hazırda hadisə yerində çoxlu sayda polis, təcili yardım və xilasedicilərin əməkdaşları çalışırlar. Əraziyə gedən yollar bağlanıb. Verilən məlumata görə, dəhşətli qəzanın baş verməsinə yolların buzlu olması səbəb olub.