Bakının Həzi Aslanov küçəsində yaşayış binalarından birinin eyvanı çöküb.

Unikal.org xəbər verir ki, şahidlərin day.az-a bildirdiklərinə görə, köhnə eyvan iki gündür yağan qarın ağırlığına müqavimət göstərə bilməyib və gecə saatlarında çöküb.

Xəsarət alanın olmadığı deyilir.

Əraziyə FHN-ə məxsus iki yanğın briqadası cəlb olunub.