Bakıda 32 yaşlı qadın intihara cəhd edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Badamdar qəsəbəsindəki parklardan birində 1985-ci il təvəllüdlü Nərgiz Atayeva intihar etmək məqsədi ilə özünü iplə ağacdan asıb. Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intiharın qarşısını alınıb.

N.Atayeva polisə verdiyi ifadəsində hərəkətindən peşman olduğunu bildirib.