Ağdaş rayonunda yaşayış evinin yanması nəticəsində 89 yaşlı ev sahibi ölüb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qarağan Sədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 86 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 44 kv.m sahədə yanıb.
Yanğın zamanı ev sahibi, 1928-ci il təvəlüdlü Mustafayev Səfər Mustafa oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.