Kemerovo vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları sobada qalıqları tapılan yeni doğulan körpənin ölüm səbəblərini araşdırır.
Unikal.org Rusiya mediasına istinadən bildirir ki, ilkin versiyaya görə, körpəni məzuniyyətə çıxmağı arzulamayan ana yandırıb.
Yanvarın 27-də Marinsk rayonunun Blaqoveşenka kəndində qadın uşaq dünyaya gətirən kimi onu sobaya atıb.
"3 övlad anası 34 yaşlı qadın növbəti uşağını doğub. Əri balıq ovunda olanda sobanı yandırıb. İşini itirməkdən qorxduğundan bu addımı atıb, - kənddə yaşayan qohumları belə deyiblər.
Uşağını məhv edən qadının qocalar və əlillər üçün yerli internat evdə işlədiyi bildirilir.