Fransanın paytaxt regionunda güclü partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 22:00-da (GMT+1) Nuazi-le-Qran kommunasında baş verib. Partlayış zamanı 1 nəfərin ağır xəsarət aldığı bildirilir.

Hadisə yerində araşdırma aparılır. Zərəçəkənlərin sayının artacağı istisna edilmir.