İmişlidə avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Samit Dəmirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü - Bəhramtəpə qəsəbə sakini Alim Cəfərov tutulub.