"The Celebrity Apprentice" ("Məşhur şagirdlər") verilişinin hazırkı aparıcısı, Kaliforniya ştatının eks-meri, aktyor Arnold Şvartseneqqer ABŞ prezidenti Donald Trampın siyasətini pisləyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, prezident aktyorun verilişinə münasibət bildirib.
O, "National Prayer Breakfast"da ("Milli Dua Ziyafəti" - prezident və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük ziyafətlərdən biri) çıxışı zamanı aktyoru ələ salaraq onun aşağı reytinq göstərən verilişinin baxımlılığı üçün hər kəsdən Tanrıya dua etməsini istəyib.
Aktyor isə cavabında :"Hey, Donald, yaxşı bir fikrim var. Nə üçün işini dəyişdirmirsən? Reytinqlər üzrə mütəxəssissən, amma insanlar evlərində rahat yata bilsinlər deyə, bu iş mən öz öhdəmə götürmüşəm. Trampın reytinqləri siyasətinə uyğun idarə etmək istəyir, tarixin ən pis prezidentidir" deyə qeyd edib.