Bakı sakininə qarşı 150 min manatlıq dələduzluq edilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu barədə zərərçəkən, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlham Tarquliyev hüquq-mühafizə orqanlarına ərizə yazaraq məlumat verib.

O bildirib ki, 2014-cü ilin avqust ayında 1966-cı il təvəllüdlü Musa İsmayılov onu aldadaraq torpaq sahəsinin özəlləşdirilməsi adı ilə 150 min manat pul alıb.
Faktla bağlı araşdırma aparılır.