Hacıqabulda 30 yaşlı qadın dəm qazından zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi, 96 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Əliyeva Bibixanım Əli qızı dəm qazından zəhərlənib.

B.Əliyeva toksik zəhərlənmə diaqnozu ilə Hacıabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.