Bakıda xəstəxanada serroz xəstəliyindən müalicə olunan 62 yaşlı kişi ölüb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, serroz xəstəliyindən əziyyət çəkən 1955-ci il təvəllüdlü Hüseynov Vüqar paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. 

O, müalicə aldığı xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib. Onun yaxınları V.Hüseynovun ölümündə həkimləri günahlandırır.

V.Hüseynovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.