2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.