Bakı şəhərinin Binəqədi rayonu ərazisində vətəndaşa məxsus "Ford markalı minik avtomobili idarəetməni itirərək ZİL markalı yük avtomobilinə çırpılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Ford markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.