Qubada yanğın olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Hadisə nəticəsində kənd sakini Eldəniz Şahbalayevə məxsus avtoyuma məntəqəsi və ona bitişik avtomobil ehtiyat hissələri satılan mağazası yanıb. Həmçinin, yaxınlıqdakı avtomobil təmiri sexinə də ziyan dəyib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb olunub.

Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.