Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org Apaya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi "Mercedes markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi "Ford markalı yük maşını toqquşub.
Qəzadan sonra "Mercedes markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.