Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, "10-XU-219 dövlət qeydiyyat nişanlı, "Qazel markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı "təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.