Maliyyə Bazarlarına Nəzarət Palatası(Palata) tərəfindənMaliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Unikal.org-a qurumdan daxil olan məlumata görə, Palata tərəfindən həmçinin 27 yanvar tarixində Azərbaycan RespublikasınınMaliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 000 000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.