Xəbər verdiyimiz kimi, Rusiya hərbi təyyarələri Suriyanın Əl Bab mahalında yanlışlıqla Türkiyə hərbçilərini vurub.
Unikal.org "Hürriyyət nəşrinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.
Məlumata görə, bu gün saat 08:40 radələrində türk əsgərlərinin olduğu bir bina rus qırıcıları tərəfindən bombalanıb. Hadisə nəticəsində üç əsgər şəhid olub, biri ağır olmaqla 11 əsgər yaralanıb.
Türk Tankçı qərargahına Vuran Rus Uçağı, 3 Rayonu Yaktı
10 Fevral 2017 Cümə 08:03
Rus döyüş təyyarələri dünən Əl Bab'da Türk tankçı əsgərlərinin olduğu binanı vurdu. 3 əsgərin şəhid, 11 əsgərin də yaralandığı hücumu Rusiya, 'səhvən oldu' deyə açıqladı.
Artıq 3 əsgərin cənazəsi, quru yol ilə Kilisə, oradan da vertolyotla Türkiyəyə gətirilib.
Şəhid olan Türk əsgərləri bunlardır. Ömər Akkuş (23 yaş), şəhid Mehmet Şahin (25 yaş) və şəhid tankçı Emre Mücahid Topal (26 yaş).