Tovuzda minik avtomobili qəfildən yola çıxan atı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Bakı Qazax yolunun rayon ərazisndən keçən hissəsində baş verib. Hərəkətədə olan KİA markalı minik maşınının qarşısına at çıxıb. Qəza nəticəsində at tələf olub. Minik maşınında olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov