Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı İran Prezidenti Məsud Pezeşkiana Ermənistanın işğalının nəticələrindən danışıb.
"Unikal" xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, Şuşadakı 17 məsciddən 16-sı tamamilə, biri isə qismən dağıdılıb.
O, həmçinin qeyd edib ki, hazırda Şuşada infrastrukturun bərpası, yeni obyektlərin, o cümlədən məscidlərin tikintisi istiqamətində işlər aparılır.