Ermənistanda həbsdə olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana dəstək yürüşü keçirilir.
"Unikal" xəbər verir ki, yürüş İrəvanın "Fəsillər" parkından başlayıb.
Həbs edilən biznesmenin qardaşı Karen Karapetyan və Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri arxiyepiskop Ezras, ailə üzvləri və din xadimləri yürüşə qatılanlar arasındadır.. Onlar biznesmenin saxlandığı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasının (Yerevan-Kentron cəzaçəkmə müəssisəsi) binasına doğru gedirlər.
Aksiya iştirakçıları əllərində Samvel Karapetyanın fotoşəkili və üzərində “Mer dzevov” (“Öz yolumla”) yazısı olan plakatlar daşıyırlar.