Kabar­di­no-Bal­ka­ri­ya  Respublikasının paytaxtı Nаlçik şəhərində naməlum şəxslər atəş açıblar.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı yol patrul xidməti (DYP) əməkdaşı ağır yaralanıb.

Hadisə nəticəsində cavab atəşi ilə hücum edənlərdən biri zərərsizləşdirilib. Hücum edən ikinci şəxs hadisə yerindən qaçıb. Mətbuatın yaydığı məlumata görə, insident zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir.

Yaralılar Respublika Klinik Xəstəxanasına aparılıb. Hadisənin təfərrüatları və xəsarətlərin xarakteri istintaq sirri olduğu üçün açıqlanmır.