Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiya diplomatik missiyasına ölkənin Kiyevdəki səfirliyinə zərər dəyən hava hücumunda ittiham edərək nota göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə hava hücumlarına kəskin etirazını bildirən nota göndərib”, - deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, hücum "beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir".