4 nəfər evində qanunsuz saxladığı silahları polisə təhvil verib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, fevralın 9-da Cəlilabad rayonunun Üçtəpə kənd sakini Fərman Novruzov müvafiq sənədləri olmayan "TOZ-17" markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Həmin gün Sabirabad rayonunun Qaragüney kənd sakini Elvin Məmmədov müvafiq sənədləri olmayan "İJ-26" markalı ov tüfəngini, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əlisahib Əsədov müvafiq sənədləri olmayan "İJ-54" markalı ov tüfəngini, Naxçıvan şəhər sakini Rövşən Abbasov nömrələri silinmiş "Vinçester" markalı ov tüfəngini, 2 ədəd qaz tapançasını, qumbara alışdırıcısını və 231 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil veriblər.