Bakıda avtoservisin təmir qarajında yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda "RENO avtoservisin təmir qarajında mətbəx və qurutma otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Servisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.