Lənkəran şəhərinin mərkəzində uşaq geyimləri satılan mağaza yanıb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə "Qala Xiyabanı" küçəsi ilə Bala Məmməd küçəsinin kəsişməsində yerləşən, şəhər sakini Raqib Mehdiyevə məxsus ümumi sahəsi 60 kvadratmetr olan obyektdə qeydə alınıb.
Yanğının baş verdiyi yerə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülərək digər mağazalara və obyektlərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində mağaza sahibinə xeyli miqdarda maddi ziyan dəyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.