Şəki polisinin keçirdiyi istintaq tədbirləri nəticəsində Şəki sakini, 1973-cü təvəllüdlü Salamov Taleh Abduləli oğlu şübhəli şəxs qismində saxlanılıb.
Unikal.org ARB-yə istinadən xəbər verir ki, həmin şəxs Şəkidə ərzaq dükanından 1000 AZN dəyərində oğurluq edib. Onun evinə və üstünə baxış keçirilərkən oğurluq malları və sənədlər sübut kimi götürülüb.
İstintaq zamanı o da məlum olub ki, saxlanılan şəxs Şəki sakinlərinin avtomobillərinə ziyan vurub. Bir nəfər Qəbələ sakininin avtomobilindən isə ona məxsus sürücülük vəsiqəsini və texniki baxış sənədini götürüb. Daha sonra isə dükanın şüşələrini qıraraq oradan külli miqdarda ərzaq malları oğurlayıb. Daha sonra yaxınlıqdakı dəri emalatxanasına da baş çəkən Taleh Salamov heç nə tapmadığı üçün elə sındırdığı pəncərədən də geri qayıdıb. Dindirilmə zamanı isə saxlanılan şəxs hadisəni törətməyinə maraqlı səbəb göstərib.
Taleh Salamov - saxlanılan şəxs: "Zarafat etmişəm. Qaytarmışam. Bir mağazadan "squşonnı" götürmüşəm. Zarafat etmişəm. Qələt eləmişəm, peşmanam".
Faktla bağlı AR CM-nin 177.2.2, 177.2.3 və 326.1 maddələri ilə cinayət işi açılıb. Saxlanılan şəxsin digər əməllərdə də əlinin olub-olmaması araşdırılır.