"Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar".
Unikal.org-un məlumatına görə, bu sözləri xalq artisti Arif Quliyev "Xəzər maqazin"ə açıqlamasında deyib.
Aktyor həbs edilən və dünyasını dəyişən oğlundan danışıb:
"Cinayət törədilmişdi, tək mənim övladım deyildi. Bundan əvvəl onlar yaxşı bir ailənin övladına qəsd etmişdilər. Məhkəmədə dedim ki, kimin cəzası var, gedib çəksin. Oğlum dünyasını dəyişib. İndi bir oğlum, gəlinim və nəvələrim var".
Həyatı ilə bağlı film çəkməyi arzulayan A.Quliyev imkansızlıqdan şikayətlənib:
"İmkan yoxdur, nə edək... Elə vaxtdır ki, iş görəndə sponsor tapmalısan. Bu da çətindir".