Bakıda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli kürsülü 8 otaqlı evin 1 otağının və mətbəxinin yanar konsturksiyaları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 15 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.