"Women Daily jurnalı dünyanın ən gözəl kiçik yaşlı modelinin adını açıqlayıb.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, bu, Moskvada yaşayan Kristina Pimenovadır. 12 yaşlı Kristinanın atası keçmiş futbolçu, anası isə modeldir. 4 yaşı olarkən anası onu özü ilə çəkilişlərə aparıb və balaca qızın görünüşü bir sıra markaları cəlb edib.
Primenova 4 yaşından "Vogue, "Roberto Cavalli və "Armani kimi məşhur brendlərin siması olub.