“Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryev Xankəndidən reportaj hazırlayıb.
"Unikal" xəbər verir ki, süjetinə "Bura Stepanakert deyil, Xankəndidir" sözləri ilə başlayan jurnalist şəhəri tərk edən ermənilər tərəfindən tərk edilmiş təhlükəli avtomobilləri, separatçılardan müsadirə edilmiş silah-sursatı nümayiş etdirib.
Qriqoryev bildirib ki, rəsmi Bakı heç kəsi qovmayıb, əksinə yerli sakinlərə qalmaq təklif olunub. Yeganə şərt isə Azərbaycan pasportu olub.